Borcunu ödəmək istəməyən abonent “Azərsu" –nun əməkdaşına fiziki təzyiq göstərib

15:13 - 9.02.2022


9 fevral, Fineko/abc.az. “Azərsu” ASC-nin “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan  “Saray-H” MTK-ya məxsus evin 45-ci  mənzilində yaşayan abonentin  içməli  su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödəməkdən imtina edib. Mənzilin su təchizatı dayandırılsada, vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.

8 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent “Azərsu” ASC-nin əməkdaşı ilə aqressiv davranaraq  ona fiziki təzyiq göstərib.

Baş vermiş hadisə Abşeron rayon Polis İdarəsinə müraciət olunub. 

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatıdırır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalıdır.