11:40 - 8.02.2022
8 fevral, Fineko/abc.az. Fındığın qiyməti Zaqatalalı təsərrüfatçıları narahat edir. Fermerlər deyir ki, əvvəllər kiloqramı 5 manatdan yuxarı olan məhsulu indi onlardan 4 manata alırlar. Kəndlilər hətta qış ayları üçün saxladıqları fındığı da istədikləri qiymətə sata bilmirlər.
ABC.AZ xəbər verir ki, bu barədə Xəzər tv-də aparıcılığını Aytən Səfərəliyevanın etdiyi verilişdə danışılıb.
Qeyd edilib ki, təsərrüfatçılar fındığın yetişdirilməsinə çəkilən xərclərin də artdığını bildirirlər.
"Ancaq bazarda qiymətlər od tutub yanır. Belə ki, kənddən gətirilən fındıq burada 2 dəfə baha satılır. Satıcılar deyir ki, əvvəllər kiloqramı 5 manata olan bu meyvənin qiyməti indi 8-9 manat arasında dəyişir. Satıcılar qiymətlərin bahalaşmasını mövsümlə əlaqələndirirlər. Bazarda ən çox təlabat isə Zaqatalada yetişdirilən fındığadır", - deyə verilişdə qeyd olunub.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026