17:28 - 4.02.2022
4 fevral, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Garant Plus” MMC ilə 1.6 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, müqavilədə tibbi və digər avadanlıqların satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 599 986 manatdır.
Qeyd edək ki, “Garant Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Həsənağa İlyaslıdır.