Bu universitet 396 min manata süni intellekt avadanlığı alır

09:57 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. UNEC süni intellekt və rəqəmsal texnologiyalar üçün 396 min manatlıq avadanlıq alır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi üçün avadanlıqların satın alınmasını planlaşdırır.

Satınalmanın ehtimal olunan qiyməti 395 957,26 manat təşkil edir.

Avadanlıqların alınmasının məqsədi universitetdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin təmin edilməsidir.