Azərbaycanla Ermənistan ərazilərini birləşdirəcək dəmir yolu xəttinin operatoru Rusiya şirkəti olacaq

14:24 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan ərazilərini birləşdirəcək dəmir yolu xətti barədə bəzi detalları açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hökumətin iclasında Paşinyanın müavini Mqer Qriqoryan da sözügedən dəmir yolundan danışıb.

O qeyd edib ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.

“Dəmir yolunun bərpası ilə əlaqədar olaraq bizim mütəmadi ikitərəfli təmaslarımız olacaq, çünki infrastrukturun operatoru “Cənubi Qafqaz Dəmir Yolu”dur”, - deyə Qriqoryan vurğulayıb.