Çin şirkətləri rekord sayda avtomobil satıb - Ötən ilin hesabatı

17:03 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Çin 2021-ci ildə 2,02 milyon avtomobil ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Çinin Avtomobil Sənayesi Assosiasiyasının hesabatında qeyd edilib. Ekspertlər hesab edir ki, bu da ölkə tarixində ən yüksək göstərici olub. Eyni zamanda bu göstərici 2020-ci illə müqayisədə iki dəfə artıb.

Qeyd olunur ki, Çin ötən il alternativ enerjidən istifadə edən 310 avtomobil ixrac edib. İxrac olunan minik avtomobillərinin sayı 1,61 milyon təşkil edib.

Təkcə ötən ilin dekabr ayında Çin şirkətləri 223 min avtomobil ixrac edib. Bu isə 2020-ci ilin dekabrı ilə müqayisədə 54 faiz çoxdur.