11:23 - 2.02.2022
2 fevral, Fineko/abc.az. “Mozillion” mütəxəssisləri 2022-ci ilin ən çox gözlənilən 20 smartfonunun siyahısını göstərən yeni araşdırma aparıblar.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, sürpriz, təbii ki, baş verməyib – birinci yerə “iPhone 14” çıxıb.
“Apple”ın flaqmanı ümumilikdə 1 110 030 axtarış sorğusu toplayıb.
Müqayisə üçün ondan sonra gələn “Samsung Galaxy S22” cəmi 518 000 sorğuya sahibdir.
Maraqlıdır ki, ilk üçlüyü yenə “Apple”ın cihazı tamamlayır – “iPhone SE 2022”.
Qeyd edək ki, 17-ci sırada qəfildən “Google”un ilk qatlanan smartfonu- “Pixel Fold” yer alıb.
Axtarış sorğularının 24 700-ü məhz onun payına düşüb.
Tam siyahı aşağıdakı kimidir:
| 1 | Apple iPhone 14 | 1,110,030 |
| 2 | Samsung Galaxy S22 | 518,000 |
| 3 | Apple iPhone SE 3 | 285,470 |
| 4 | Vivo V23 | 195,700 |
| 5 | Xiaomi 12 | 165,300 |
| 6 | Oppo Reno 7 | 162,610 |
| 7 | OnePlus 10 | 148,100 |
| 8 | Realme GT 2 | 134,700 |
| 9 | Nokia X50 | 92,100 |
| 10 | Honor Magic 3 | 89,720 |
| 11 | Oppo Find N | 76,900 |
| 12 | Huawei Mate 50 | 44,900 |
| 13 | Poco X4 | 40,500 |
| 14 | Google Pixel 6a | 37,000 |
| 15 | Redmi K50 | 37,000 |
| 16 | Nokia 10/X60 | 33,700 |
| 17 | Google Pixel Fold | 24,700 |
| 18 | Poco F4 | 22,200 |
| 19 | Oppo Find X4/X5 | 16,920 |
| 20 | Asus ROG Phone 6 | 16,500 |
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026