16:54 - 1.02.2022
1 fevral, Fineko/abc.az. Şotlandiyada yaşı 22-dən aşağı olan sakinlər avtobuslardan pulsuz istifadə edəcək.
ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, yeni qaydalar yanvarın 31-dən qüvvəyə minib.
Yeni qayda təxminən 930.000 nəfərə şamil ediləcək.
Ödənişsiz gedişatdan istifadə üçün smart-çiplərlə təchiz olunmuş NEC və ya Young Scot NEC adlı yeni milli kart əldə etmək lazım gələcək.
Sərnişinlər avtobusa minərkən haraya getdiklərini sürücüyə bildirməli və gediş kartını oxuyucu qurğuya yaxınlaşdırmalıdırlar.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026