17:18 - 31.01.2022
31 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi “Bakı şəhərində yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması; habelə, mövcud svetofor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması” ilə bağlı tenderini yekunlaşdırıb.
ABC.AZ xəbər verir ki, qalib şirkət "TECHMASTER" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Agentlik qalib şirkət ilə məbləği 3 milyon 178 min 566 manat olan müqavilə imzalayıb.
17 Avqust 2026