10:43 - 31.01.2022
31 yanvar, Fineko/abc.az. Ötən il Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” ən çox maşın satan şirkət olub.
ABC.AZ-ın məlumatına görə, şirkət mini-avtomobil istehsalçısı “Daihatsu” və pikap istehsalçısı “Hino” da daxil olmaqla, qlobal miqyasda təxminən 10,5 milyon avtomobil satıb.
Müqayisə üçün qeyd edək ki, bu, 2020-ci ilə nisbətən 10,1 % çoxdur.
“Toyota”nın “COVID-19” pandemiyası səbəbi ilə zavodlarının bağlanmasından və yarımkeçirici çip təchizatı çatışmazlığından yerli və xarici rəqiblərinə nisbətən daha az təsirləndiyi bildirilib. Bununla da, adıçəkilən şirkət qlobal avtomobil satışlarında ən yaxın rəqibi alman istehsalçısı “Volkswagen”in ötən ilki satışlarını geridə qoyub və 2020-ci ildə etdiyi birinciliyi qoruyub, saxlaya bilib.
Qeyd edək ki, “Volkswagen”in satışları illik müqayisədə 4,5 % azalaraq 8,9 milyon ədədə enmişdi.
Müəllif: Elmir Murad