16:19 - 21.01.2022
21 Yanvar, Fineko/abc.az. Gəncə avtomobil zavodu İB-də traktor istehsalı 2 dəfə artıb.
ABC.AZ-ın məlumatına görə, ötən il Gəncə avtomobil zavodu İstehsalat Birliyində traktor istehsalı 2 dəfə artıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə traktorun istehsal rəqəmi 299 idisə, 2021-ci ildə bu rəqəm 651 təşkil edib.
"2021-ci ildə Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 64 KAMAZ, 30 ədəd URAL və 17 ədəd MAZ avtomobili yığılıb.
Bu müddətdə 1 ədəd traktor qoşqusu, 30 ədəd səhra mətbəx qoşqusu, 35 ədəd tullantı üçün konteyner istehsal olunub" deyə məlumatda vurğulanıb.
17 Avqust 2026