17:07 - 18.01.2022
18 yanvar, Fineko/abc.az. 2021-ci ili yanvar-dekabr aylarında Azərbaycanda 651 ədəd traktor istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, istehsal 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 01.01.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 53 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
14 Avqust 2026
14 Avqust 2026