10:41 - 17.01.2022
17 yanvar, Fineko/abc.az. 2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, uçuşları "Nordwind" aviaşirkəti Moskvanın Şeremetyevo hava limanından yerinə yetirib.
Uçuş 3 saat davam edib. Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək.
Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.