Rusiya aviaşirkəti Rostov–na–Donu şəhərindən Bakıya uçuşlara başlayır

11:21 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Rusiyanın “Azimut” aviaşirkəti Rostov–na–Donu şəhərindən Bakıya uçuş proqramının başlandığını elan edib.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, uçuşlar 2022-ci il yanvarın 21-dən etibarən cümə günləri həyata keçirilcək. Rüsumlar nəzərə alınmadan bir tərəfə 25 avrodan başlayan aviabiletlər satışa çıxarılıb. Aviabiletləri və əlavə xidmətləri “Azimut” aviaşirkətinin rəsmi saytında əldə etmək olar.