15:54 - 29.12.2021
29 dekabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” yeni il münasibətilə 10 yanvar – 6 mart 2022-ci il tarixləri arasında bir sıra reyslər üzrə güzəştlər tətbiq edəcək.
ABC.AZ-ın məlumatına görə, güzəştlər dekabrın 29-dan 31-nə kimi alınan aviabiletlərə şamil ediləcək. Güzəştin 50% tətbiq edilməsi nəzərdə tutulub.
Bu güzəşt aşağıdakı reyslərə şamil edilir:
⠀– Bakı-İstanbul-Bakı
– Bakı-Tel-Əviv-Bakı
– Bakı-London-Bakı
– Bakı-Dubay-Bakı
– Bakı-Mineralnıye Vodı-Bakı
– Bakı-Küveyt-Bakı
– Bakı-Ciddə-Bakı
– Bakı-Moskva-Bakı
– Bakı-Antalya-Bakı
Müəllif: Elmir Murad