Azərbaycan bu göstəricidə dünyada ən yüksək yerlərdən birini tutur

10:42 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Nüfuzlu "Gallup International" təşkilatının yaydığı məlumata əsasən Azərbaycanda iqtisadi optimizm göstəriciləri dünyada ən yüksəklərdən biridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, iqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib. Bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarı göstəricidir.

Eyni zamanda bu göstərici İndoneziya və Albaniyadan sonra ən yaxşı üçüncü göstəricidir.

İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

Müəllif: Elmir Murad