12:16 - 27.12.2021
27 dekabr, Fineko/abc.az. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulan hissəsində ilk dəfə olaraq qatarların hərəkətinə başlanılıb.
ABC.AZ-ın məlumatına görə, ikixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır.
Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir.
Sumqayıt-Yalama dəmir yolunun Şabran-Çarxı istiqamətində mövcud xətlə yanaşı yeni inşa edilmiş xətt də istifadəyə verilib.
Beləliklə, layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb. Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur.
Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.
17 Avqust 2026
15 Avqust 2026