16:20 - 22.12.2021
22 dekabr, Fineko/abc.az. Moskvada əcnəbi miqrantlar üçün patentin qiyməti 80 ABŞ dolları artıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə qərarı Moskva meri Sergey Sobyanin açıqlayıb.
O qeyd edib ki, bu il biz patentin qiymətini artıracağıq və bu, 5 900 rubl təşkil edəcək.
"Ayda təxminən 6 min rubl. Bu, ümumiyyətlə, miqrantlardan büdcəyə kifayət qədər rəqabətli ödənişlər təmin edir və özünməşğul Rusiya vətəndaşlarının ödədiyindən xeyli çoxdur", - deyə Sobyanin qeyd edib.
Merin sözlərinə görə, bu qərar Rusiya Prezidentinin tapşırığına uyğun olaraq verilib. Belə ki, federal qanuna dəyişikliklər edilib və gələn il yanvarın 1-dən bu miqrant axınlarına nəzarət əhəmiyyətli dərəcədə gücləndiriləcək.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026