10:24 - 22.12.2021
22 dekabr, Fineko/abc.az. 2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycandan 25 milyon 409 min dollarlıq nar ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən narın miqdarı 19 min 156 ton olub. Narın 1 tonunun ixrac dəyəri 1326 dollar (2254 manat) təşkil edib.
Dövlət Gömrük Komitəsi 2020-ci ilin 11 ayı ərzində nar ixracı barədə rəqəmləri açıqlamamışdı.
2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycandan 18 milyon 63 min dollarlıq nar ixrac edilmişdi. Beləliklə, noyabrda 7 milyon 346 min dollarlıq nar ixrac edilib.
30 İyul 2026