Azərbaycan alması xaricdə bahalaşıb - Hesabat

14:18 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Bu ilin ilk 11 ayında Azərbaycandan $32.8 mln. dəyərində 59 579.75 ton alma ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da sözügedən dövrdə qeyri-neft sektoru üzrə ixracda 1.39% pay deməkdir.

Qeyd edək ki, alma ixracı ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində $5.2 mln. və ya 19% çox, miqdar ifadəsində isə 7 660.78 ton və ya 11.4% azdır.

Buradan aydın olur ki, ixrac olunan almanın qiymətində artım baş verib. Qeyd edək ki, təkcə noyabr ayı ərzində $5.2 mln. dəyərində 8 187.18 ton alma ixrac olunub.