Azərbaycan məhsulları Rusiyaya daha tez çatdırılacaq - Bakıda konfrans

14:47 - 16.12.2021


 16 dekabr, Fineko/abc.az Xəbər verdiyimiz kimi Bakıda "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransı keçirilib.

ABC.AZ-ın məlumatına görə, konfransda Baş nazirin müavini Şahin Mustafayev bir sıra vacib məsələlərə toxunub.

O qeyd edib ki, "Agroexpress" layihəsi çərçivəsində Azərbaycandan ilk qatar yola salınıb. Ş. Mustafayev bildirib ki, sözügedən layihə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya çatdırılmasını sürət və təhlükəsizlik ilə təmin edəcək.

Qeyd edək ki, bu il Rusiyanın "RJD Logistika" və "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın digər logistika operatorları ilə birgə "Agroexpress" layihəsinin reallaşdırılmasına başlayıb.