"Volkswagen" Avropada zavod tikir

17:02 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Almaniyanın avtomobil nəhəngi "Volkswagen" şirkəti yeni zavod tikməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, sözügedən zavod batareya hüceyrələrinin istehsalı ilə məşğul olacaq. Zavodun Avropada qurulacağı açıqlanıb.

Şirkət batareya istehsalı üçün təxminən 2 milyard Avro sərmayə yatırmağı planlaşdırır.

Bununla da 2 min 500 nəfərin məşğulluqla təmin ediləcəyi qeyd edilir.

Qeyd edək ki, "Volkswagen" 2030-cu ilə qədər Avropada daha 2 batareya zavodu istifadəyə verməyi planlaşdırır.

Müəllif: Elmir Murad