13:59 - 20.04.2018
20 aprel, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) resepsionistlər üçün kurslar keçirəcək.
AZTA-nın məlumatında deyildiyi kimi, kurslar “Baku Guide Service”in nəzdində keçiriləcək.
“Kurslar iki ay müddətində davam edəcək, iştirak haqqı 350 manat təşkil edəcək. Dərslər azərbaycan və rus dillərində keçiriləcək. Kurslara iştirak üçün müraciətlər 1 may tarixinə qədər qəbul edilir”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, kursların keçirilməsində məqsəd turistləri yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün yeni və peşəkar resepsiyonistlərin hazırlanması, onların peşə səviyyəsinin artırılmasıdır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026