4 noyabr, Fineko/abc.az. “Netflix” şirkəti ilkin mərhələdə Android cihazlarda oynana bilən 5 mobil oyununu təqdim edib.
ABC.AZ xəbər verir ki, bununla da şirkət video oyun sektoruna gözlənilən addımı atıb. Şirkətin Oyun İnkişaf etdirmə üzrə vitse Prezidenti Mike Verdu etdiyi açıqlamada oyunların “Netflix” abunəliyinə daxil olduğunu və daxilolma əsnasında hər hansı bir reklam ya da əlavə satınalma tələb edilmədiyini bildirib. Şirkətdən istifadəçilərin oyunları seçə bilmələri üçün xüsusi bir kateqoriya olacağını vurğulayıblar. Şirkət, oyunların gələcəkdə iPhone telefonlarında da oynanmasını da planlaşdırıldığını açıqlayıb.
Müəllif: Elmir Murad