17:13 - 1.11.2021
1 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.
ABC.AZ xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib.