Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir

15:15 - 1.11.2021


1 noyabr, Fineko/abc.az. Qazaxıstanın “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.

Bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Uçuşlar cümə axşamı və bazar günləri “Embraer E190-E2” təyyarəsi ilə həyata keçiriləcək.

“Azərbaycana uçuşların daha da artırılması epidemioloji vəziyyətdən, İdarələrarası Komissiyanın və Azərbaycanın aidiyyəti dövlət orqanlarının qərarlarından asılı olacaq”, - deyə nazirliyin mətbuat xidməti əlavə edib.

Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.

© Azertag