16:10 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. Bakıda yerləşən texniki baxış mərkəzlərində yeniliklər edilib.
ABC.AZ-ın məlumatına görə, Sabunçu və Qaradağ rayonlarında yerləşən müayinə mərkəzləri tam yeni avadanlıqlarla təchiz edilib.
Bundan başqa, avtomobillərini texniki baxışa təqdim edən sürücülərin gözləmə zalları yaradılıb.
Həm “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən, həm də Zabrat qəsəbəsindəki texniki baxış məntəqələri həftə sonları, eləcə də bayram günləri də adi günlərdəki kimi işləyir. MDB məkanında ən müasir avadanlıqlar məhz burada quraşdırılıb.
Qaradağdakı müayinə mərkəzi tam yeni avadanlıqlarla təchiz ediləndən sonra Zabratdakı mərkəzdə də eyni işlər görülüb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026