16:25 - 26.10.2021
26 oktyabr, Fineko/abc.az. Bakıda ictimai skuterlər istifadəyə veriləcək.
ABC.AZ-ın məlumatına görə, bunun üçün ayrıca dayanacaqlar quraşdırılacaq.
Şəhər sakinləri skuteri icarəyə götürüb bəlli ünvana gedə biləcəklər.
Son dayanacaqda da skuteri yenə təyin olunmuş dayanacağa təhvil verib yollarına davam edəcəklər.
Bu paytaxtda nəqliyyatın sıxlığını azaltmaq və az da olsa ekoloji təmizliyi təmin etmək məqsədi daşıyır.
Müəllif: Elmir Murad
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026