16:26 - 10.04.2018
10 aprel, Fineko/abc.az. Xarici İşlər Nazirlyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib.
“R.Şabanoviç Xorvatiyanın XİN-in, iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda Səfirliyinin təsis edilməsi barədə notasını təqdim edib”, - Azərbaycan XİN-dən belə xəbər verilib.
Bu günə qədər Bakıda Xorvatiyanın müvəqqəti ofisi fəaliyyət göstərmişdir.
Pərvin Mirzəzadə Xorvatiya Respublikasının diplomatik nümayəndəliyinin statusunun yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və inkişafına təkan verəcəyini vurğulayıb.
29 İyul 2026
29 İyul 2026
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026