12:27 - 1.10.2021
1 oktyabr, Fineko/abc.az. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbir keçirilib.
ABC.AZ-ın məlumatına görə, tədbirdə bildirilib ki, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.
Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.
23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib.
3 Avqust 2026
1 Avqust 2026