15:02 - 24.09.2021
24 sentyabr, Fineko/abc.az. Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 901-2021 “Ərzaq kartofu. Texniki şərtlər” dövlət standartı qəbul edilib.
ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, standart Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.