10:34 - 7.09.2021
7 sentyabr, Fineko/abc.az. Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
ABC.AZ xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində 2022-ci ildə salınacaq aşağıdakı bağlara bir dəfəyə məxsus əkin subsidiyası ödəniləcək:
2022-ci ildə Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Müəllif: Elmir Murad
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026