Çinin Avropadakı 7,5 milyard dollarlıq hibrid bumu yeni məhdudiyyətlərlə üzləşir

12:24 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. Çin ilə Avropa İttifaqı (Aİ) arasında hibrid avtomobillərin bloka ixracının məhdudlaşdırılmasına dair əldə olunan yeni razılaşma Çin elektromobil istehsalçılarına yeni bir zərbə vurub.

Çində daxili satış artımının zəifləməsi fonunda avtoistehsalçılar Aİ-nin Çin istehsalı olan sırf elektrikli avtomobillərə tətbiq etdiyi gömrük rüsumlarından yayınmaq üçün hibrid avtomobil göndərişlərini 7,5 milyard dollar səviyyəsinə çatdırmışdılar.

Əldə olunan razılaşma Çin istehsalçılarının tətbiq olunan tariflərdən kənarlaşmaq üçün istifadə etdikləri əsas alternativi məhdudlaşdırır. Bu addım Avropa bazarında payını qorumağa çalışan Çin avtomobil brendlərinin xarici genişlənmə strategiyasını daha da mürəkkəbləşdirir.