14:10 - 23.07.2021
23 iyul, Fineko/abc.az. DOST Agentliyi və Mərkəzlər üçün texniki, kompüter və digər ofis avadanlıqlarının və proqram təminatının satın alınması üçün tender keçirir.
Tenderdə iştirak haqqı 400 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 11.08.2021 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19.08.2021 16:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 20.08.202116:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Aysel İlyasova
Telefon: (994 12) 5255026 (daxili 9234, 9031)
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026