12:01 - 6.07.2021
6 iyul, Fineko/abc.az. Yaponiyanın "TET International Development" şirkəti Azərbaycanda bu il daha iki tütünqurutma müəssisəsi açacaq. Yeni tütün müəssisələrinin açılışı iyulun 9-da Tovuzda, 12-də isə Zaqatalada baş tutacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu şirkətin direktoru Taro Savada Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2017-ci ildən Azərbaycanda biznes imkanlarını araşdırır ki, bunun nəticəsində artıq bir neçə rayonda tütünçülük sahəsində fəaliyyətdədir.
Qeyd edək ki, Yaponiya şirkəti tərəfindən 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsi açılıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026