15:45 - 24.06.2021
24 iyun, Fineko/abc.az. “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Şirvan şəhər prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, aparılmış araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 01-dən 2021-ci il aprelin 19-dək olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026