Android smartfonlarında Google xidmətlərinin işi ilə bağlı problemlər qeydə alınıb

12:36 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Bu gün səhər Android əməliyyat sistemi olan smartfon sahiblərindən Google xidmətlərinin işi ilə bağlı şikayətlər daxil oldu.

ABC.AZ xəbər verir ki, smartfonlarda “Google” proqramında dayanma baş verdi” mesajı göründü ki, bu da cihazın normal işləməsinə mane olmuşdu.

Şikayətlərin əksəriyyəti Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və Azərbaycandan olan istifadəçilərdən daxil olmuşdu. Belə ki, hesablara daxil olmaq mümkün olmamışdı. Google axtarış xidmətlərinin işi ilə bağlı da ayrı-ayrı vətəndaşlardan şikayətlər olub.

Ehtimal edilir ki, Android smartfonlarında Google-un işləməsinə dair problem, son yeniləmə səbəbindən olub. Google şirkətinin nümayəndələri baş verənləri şərh etmirlər.