12:25 - 21.06.2021
21 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 91,7 milyon ABŞ dolları olan 13 min 547 ədəd minik avtomobili ixrac olunub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayı 4 min 727 ədəd və yaxud 53,5 % artıb.
2021-ci ilin yanvar-may ayları ərzində (ilk 5 ayda) Azərbaycana 318 milyon 140 min dollar dəyərində 31 min 220 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib.
12 Avqust 2026