11:03 - 27.05.2021
27 may, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Niderland Krallığının Limburq inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Niderland Krallığının Limburq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026