10:02 - 25.05.2021
25 may, Fineko/abc.az. Bu gündən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha beş müəssisəsindən pomidor tədarükünə icazə verir.
ABC.AZ xəbər verir ki, icazə Mirzəzadə Elçin Yaşar oğlu, “CTC Holdinq” ASC, “Local Garden” MMC, Quliyev Elman Yusuf oğlu və Babayev Gülməmməd Həmdulla oğluna verilib.
“Bu qərar birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib. Məhsulların idxalı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə həyata keçiriləcək”, - məlumatda deyilir. Beləliklə, hazırda Azərbaycanın 131 müəssisəsi Rusiya Federasiyasına pomidor tədarük edə bilər.