17:25 - 13.03.2018
13 mart, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu işdən çıxarıb.
Xarici KİV xəbərlərində deyilir ki, MKİ-in indiki direktoru Mayk Pompeo onu əvəz edəcək.
Donald Tramp Twitter-dəki səhifəsində Reks Tillersonun gördüyü işə görə ona təşəkkür edib və yeni Dövlət katibi Mayk Pompeonun öz vəzifəsində müvəffəqiyyətli olacağından əminliyini bildirib.
MKİ-in yeni direktoru Cina Haspel təyin ediləcək. O, bu vəzifəyə seçilən ilk qadın olacaq.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026