14:57 - 5.04.2021
5 aprel, Fineko/abc.az. Hesablama Palatası tərəfindən 2020-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 130,3 mln. manat məbləğində pozuntular aşkarlanıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd olunub.
Hesabatda qeyd edilib ki, pul və natura ifadəsində cəmi 55,2 mln. manat məbləğində vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşib.
Həmin məbləğin 51,9 mln. manatının bərpası, o cümlədən 51,1 mln. manatının pul ifadəsində bərpası təmin edilib.
Qalan 3257,0 min manatın, o cümlədən hesabat tərtib edildikdə nəticələrinə baxılmış 5 audit üzrə vəsaitlərin bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcək.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026