10:38 - 5.04.2021
5 aprel, Fineko/abc.az. Bu il martın 1-nə Azərbaycan banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 619,5 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,6 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 % azdır.
Kredit qoyuluşunun 11 milyard 442,6 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 10,1 % azdır.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 milyard 803,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 18,3%-ə qalxıb.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026