Valyuta hərracında Azərbaycan Mərkəzi Bankı $69,3 mln. satıb

14:21 - 1.04.2021


1 aprel, Fineko/abc.az. 1 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında aprelin 1-də banklara $69,3 mln. manat satılıb.

“Hərracda tələb $69,3 mln. təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.