15:02 - 31.03.2021
31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bəzi qonşu ölkələrdə milli valyuta dollara nisbətdə dəyər itirir. Belə ki, artıq Türkiyədə lirə ucuzlaşmağa doğru gedir, Rusiyada da eyni vəziyyət yaşanır.
ABC.AZ-ın məlumatına görə, bunun Azərbaycan manatına təsiri ilə bağlı iqtisadçı, millət vəkili Vüqar Bayramov şərh verib.
O qeyd edib ki, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır.
"Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu, ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.
Müəllif: Elmir Murad
31 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026