Qonşu ölkələrin valyutalarının dəyər itirməsi manata təsir edəcəkmi?

14:47 - 31.03.2021


31 mart, Fineko/abc.az. Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itirməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki hesabında yazıb.

V.Bayramov qeyd edib ki, regionun aparıcı ölkələrində milli valyutaların ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var: “Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır".

Müəllif: Elmir Murad