16:16 - 30.03.2021
30 mart, Fineko/abc.az. Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir.
"Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir", - deyə bankın sədri bildirib.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026