POS-terminallarla nağdsız ödıniş artıb – İki dəfə

15:57 - 29.03.2021


29 mart, Fineko/abc.az. Azərbaycanda fevral ayında POS-terminallarla həyata keçirilən nağdsız ödənişılərin həcmi açıqlanıb.

ABC.AZ-ın Mərkəzi Banka istinadən məlumatına görə, sözügedən dövrdə POS-terminallarla nağdsız ödəniş 252 milyon manat olub.

Hesabata əsasən, bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə  ikiqat artım deməkdir.

Ödəniş əməliyyatlarının sayına gəlincə, bu 5.88 milyon ədəd olub. ATM-lər vasitəsi ilə ödənişlərin həcmi isə 37 milyon manat olub ki, bu da 2020-ci ildə cəmi 17 milyon manat idi.