14:50 - 29.03.2021
29 mart, Fineko/abc.az. Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-fevral dövrünü 73,1 milyon manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektoru 2021-ci ilin yanvar ayında 25,4 milyon manat xalis mənfəət əldə etmişdi. Beləliklə, yanvar ayı ilə müqayisədə fevralda bank sektorunun xalis mənfəəti 2,9 dəfə artıb.
Qeyd edək ki, Azərbaycanın bank sektoru 2020-ci ilin yanvar-fevral dövrünü 97,9 milyon manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti 25,3% azalıb.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026