Bank sektorunda kredit qoyuluşları artıb ya azalıb? - Mərkəzi Bankdan hesabat

14:27 - 29.03.2021


29 mart, Fineko/abc.az. 2021-ci ilin fevral ayında Azərbaycanda bank sektorunun kredit qoyuluşları 32,3 milyon manat artaraq martın 1-nə 14 milyard 246,1 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, yanvarda kredit qoyuluşları 56,8 milyon manat artmışdı.

Hesabata əsasən, fevralda əhalinin əmanətləri 177 milyon manat artaraq 8 milyard 379,9 milyon manata çatıb.

Müqayisə üçün qeyd edək ki, yanvarda əhalinin əmanətləri 25 milyon manat artmışdı.

Azərbaycanın bank sektorunun cəmi aktivləri 2021-ci ilin martın 1-nə 32 milyard 203,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,8% çoxdur.